Международная космическая станция

Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib

951
Doqquzuncu planet Günəş ətrafında dövrünü 20 min ildə tamamlayır.

BAKI, 23 yan — Sputnik. Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib.

9-cu planet Günəş ətrafında dövrünü  təxminən 20 min ildə tamamlayır.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-da yerləşən Kaliforniya Texnologiya İnstitutunda çalışan iki elm adamı Günəş sistemində doqquzuncu bir planetin kəşf edildiyini elan edib. 

Yeni planetin  planet olmadığı iddia edilən  Plutonun yerinə keçə biləcəyi  fikri irəli sürülüb. 

Yeni planet təxminən Yer kürəsindən 10, Plutondan isə 20 qat böyükdür. Amerikalı astronomların kəşf etdiyi planet hələ müşahidə edilmir.

Astronomlar əsrarəngiz planeti Günəş sisteminin kənarında yeni kəşf edilən çox kiçik planetlər və kiçik göy cisimləri sayəsində tapıb. 

951