Sputnik dünyanın aparıcı məlumat mənbələri siyahısına daxil edilib

© Sputnik / Alexey Filippov / Mediabanka keçidПрезентация международного новостного бренда Sputnik. Архивное фото
Презентация международного новостного бренда Sputnik. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Beynəlxalq İnformasiya agentliyi və radiosu nüvə energetikası, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri üzrə aparıcı məlumat mənbələri siyahısına daxil edilib.

BAKI, 22 yan — Sputnik. Sputnik Beynəlxalq İnformasiya agentliyi və radiosu nüvə energetikası, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri üzrə aparıcı məlumat mənbələri siyahısına daxil olub. Sputnik-in materialları Harvard universitetinin Elm və beynəlxalq münasibətlər üzrə Belfer mərkəzinin dərc etdiyi “Nüvə terrorizminin qarşısının alınması üzrə Amerika-Rusiya təşəbbüsündən xəbərlər daycesti”nə daxil edilib. Beynəlxalq təhlükəsizlik, elm və texnologiya sahəsində ixtisaslaşan mərkəzin ekspertləri Associated Press, Bloomberg, Reuters, The New York Times, The Wall Street Journal və b. ilə yanaşı Sputnik-in materiallarını da daycestə daxil ediblər. 

Daycestdə 2016-cı il yanvarın 4-dən 16-dək dərc edilmiş və Nüvə terrorizminin qarşısının alınması üzrə Amerika-Rusiya təşəbbüsünün fəaliyyətinə aid olan materialların icmalı verilir. Ekspertlərin topladıqları məqalələr elektrik stansiyalarında kibertəhlükəsizlik, Rusiyanın İrana C-300 sistemlərinin göndərməsinə və ABŞ-la Rusiya arasında Suriyada fəaliyyət göstərən İŞİD silahlıları barədə kəşfiyyat məlumatları mübadiləsi məsələsinə həsr olunub.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri  özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0