PKK polis avtobusunu partladıb

© onedio.comPKK
PKK - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların beynəlxalq İpək yolu magistralında quraşdırdıqları partlayıcı mexanizm, polisləri daşıyan mikroavtobus keçərkən işə salınıb

BAKI, 22 yan — Sputnik. Yanvarın 22-nə keçən gecə Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda polis maşınına hücum edilib.

PKK terror - Sputnik Azərbaycan
8 PKK terrorçusu təslim oldu
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, PKK terrorçularının beynəlxalq İpək yolu magistralında quraşdırdıqları partlayıcı mexanizm, polisləri daşıyan mikroavtobus keçərkən işə salınıb.

Partlayış nəticəsində avtomobildə olan 9 polis əməkdaşı və 1 mülki şəxs müxtəlif bədən xəsarəti alıb. Xəstəxanaya çatdırılan 10 nəfərdən bəzilərinin vəziyyəti ağırdır.

Hadisəni törədən PKK terrorçularının tutulması istiqamətində əməliyyatlar davam edir.

Xəbər lenti
0