OPEK

Prezident: Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür

30
Azərbaycan prezidenti İlham Əliyev Davos Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” adlı paneldə çıxış edib.

BAKI, 21 yan — Sputnik. "Fikrimcə, OPEC üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik. Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür. Ona görə də biz növbəti OPEC görüşündən narahatıq. Əgər bir razılaşma və koordinasiya olmasa, bu vəziyyət davam edəcək".

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” adlı paneldə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur.

“Dövlətlə şirkətlər arasında olan fərq budur. Biz sosial, sənaye infrastrukturuna, neft-qaz sahəsinə investisiya yatırmaq üçün istehsalın səviyyəsini eyni saxlamalıyıq. Bu, çox da uyğun vəziyyət olmasa da, Azərbaycan üçün islahatlara başlamaq baxımından yaxşı vaxtdır. Biz iqtisadi, maliyyə sahələrində, ixrac yönümlü qeyri neft sektorunun inkişafı istiqamətində fundamental islahatlara başlamışıq. Neft faktoru barədə düşünməməyə çalışırıq”, — deyə o bildirib.

Prezident İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik”.

30
Yaşlı insanlar

Uzun illərin sirri açıldı - "həmin vaxtlar güzgüyə baxmağa nifrət edirdim"

22
Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib

BAKI, 3 dekabr — Sputnik. Saçları töküldüyü üçün 16 ildir pariklə gəzən model sonda bu sirri açıb və ətrafdakıların reaksiyasından təəccüblənib.

Böyük Britaniyanın Manninqtri şəhərindən olan 29 yaşlı Laura Matias 13 yaşından "universal alopesiya"dan (yalnız başda deyil, bədəndə də tüklərin tam tökülməsinə səbəb olan xəstəlik) əziyyət çəkib.

Onun sözlərinə görə, yeniyetməlik dövründə o, keçəlliyindən utanaraq, bunu parikin köməyi ilə gizlədib.

"Elə düşünürdüm ki, yalnız məndə belə problem var, çünki o dövrdə heç bir sosial şəbəkə yox idi", - deyə model vurğulayıb. O həmin vaxtlar güzgüyə baxmağa nifrət etdiyini deyir.

Model 16 il parikini çıxarmayıb, ancaq koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin dövründə evdə işləməyə başlayıb, buna görə də ondan hər gün istifadə etməyib.

Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib.

Artıq o, bir çox gündür parik taxmadan evdən çıxır və oxşar problemi olan qadınları fərqliliklərini gizlətməməyə təşviq edir. Bundan əlavə, Matias "Models of Diversity" xeyriyyə təşkilatının səfiridir: o, oxşar xəstəliyi olan digər qızları görünüşlərini qəbul etməyə çağırır.

22
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

15
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

15
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ

Koronavirusu blok edən üç ərzaq

0
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

0
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla