Франк-Вальтер Штайнмайер. Архивное фото

"İran qonşulara münasibətdə fikir ayrılığını aradan qaldırmalıdır"

35
(Yenilənib 17:55 19.01.2016)
Almaniyadan açıqlama: "Bu, artıq yeni bir başlanğıcdır. Məhz bu məsələdəki davranışları İranın əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərəcək"

BAKI, 19 yan — Sputnik. "Rəsmi Tehran nüvə proqramı sazişi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu, İranla əməkdaşlığın genişləndirilməsinə şərait yaradır". Sputnik xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Ştaynmayer Berlində jurnalistlərə açıqlamasında deyib.

"Bu, artıq yeni bir başlanğıcdır" deyən alman nazir, İranı qonşu ölkələrlə münasibətlərdə fikir ayrılığını aradan qaldırmağa çağırıb. Ştaynmayer qeyd edib ki, məhz bu məsələdəki davranışları İranın əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərəcək.

35
Teqlər:
öhdəlik, saziş, nüvə, Almaniya, İran
Mövzu:
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)
Əlaqədar
İran sanksiyalardan sonra: nələr olacaq?
"Sanksiyaların qalxması İranı bölgədə daha da aqressivləşdirəcək"
"İran - "altılıq" anlaşmasını alqışlayırıq"
Aİ-nin İrana qarşı sanksiyaların ləğvinə dair qərarı rəsmi qüvvəyə minib
ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb
Kəlbəcərdə Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə baş verənlərlə bağlı məlumat yaydı

1
(Yenilənib 12:48 27.11.2020)
Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır.

BAKI, 27 noyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə, Zod yatağında azərbaycanlı hərbçilərin iştirakı ilə baş verən insidenti şərh edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş növbəsinin həyata keçirilməsi üçün noyabrın 27-si Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışqılar baş tutub və danışıqlar zamanı müvəqqəti döyüş mövqelərinin faktiki yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib.

O izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

1
Teqlər:
sərhəd, Ermənistan XİN, Kəlbəcər
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

15
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

15
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya