Cakartada terror aktları baş verib, 6 nəfər ölüb

© AP Photo / Achmad IbrahimCakartada bir necə yerdə ardıcılı partlayışlar törədilib
Cakartada bir necə yerdə ardıcılı partlayışlar törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub.

BAKI, 14 yan — Sputnik. İndoneziyanın paytaxtı Cakartada bir necə yerdə ardıcıl partlayışlar törədilib, 6 nəfər ölüb.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə səhər saatlarında şəhərin müxtəlif yerlərində təxminən 6 partlayış baş verib. İlkin məlumata əsasən, hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar. Həlak olanlar arasında polis zabiti də var. Terrorçular zabiti güllələyiblər.

Yaralıların sayı dəqiqləşdirilir.

Hüquq-mühafizə orqanları hadisədə İŞİD terror qruplaşmasının əlinin olub-olmadığını araşdırır.

Xəbər lenti
0