Toğrul İsmayıl, politoloq

"İstanbulda törədilən terror PKK-nın üslubu deyil"

256
(Yenilənib 12:41 13.01.2016)
Toğrul İsmayıl: "Partlayışın törədilmə tərzi göstərir və hər kəs də bilir ki, bu cür terror hadisələrinin dəsti-xətti İŞİD-ə aiddir"

BAKI, 13 yan — Sputnik. "İstanbuldakı terror aktının törədilmə tərzi göstərir ki, hadisənin arxasında İŞİD və ona yaxın qruplaşmalar dayanır. Çünki canlı bomba üsullarından məhz onlar istifadə edir".

Bunu Türkiyənin İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl Sputnik-ə açıqlamasında deyib. Politoloq, PKK terror təşkilatının indiyə qədər xarici turistləri hədəf almadığını, ona görə də bu versiyanın inandırıcı görsənmədiyini deyib.

"Türkiyə prezidenti də hadisədən sonrakı açıqlamasında İŞİD-ə işarə etmişdi. Hər kəs bilir ki, bu cür terror hadisələrinin dəsti-xətti İŞİD-ə aiddir", —deyə politoloq bildirib.

Toğrul İsmayıl Türkiyənin olduqca həssas regionda yerləşdiyini qeyd edib: "Türkiyənin həmsərhəd olduğu Suriya və İraqda xaos hökm sürür. Bir yandan İŞİD problemi, digər yandan da daxildə separatçı PKK terrorçuları ilə mübarizə Türkiyəni bu terror təşkilatlarının hədəfinə çevirib. Əfsuslar olsun ki, bu bəladan yüz faizlik qurtulmaq, haradasa imkansızdır".

256
Teqlər:
Toğrul İsmayıl, politoloq, Sultanəhməd, terror, partlayış, İstanbul
Əlaqədar
Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb
Zavodda partlayış : Ölən var
İstanbulda güclü partlayış olub
Bakıda partlayış olub

Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"

55
Rusiya lideri: "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı".

BAKI, 22 oktyabr - Sputnik. "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

55
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il

Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir

34
(Yenilənib 21:40 22.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığında Qarabağ məsələsinə toxunub.

BAKI, 22 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan deyib:

"Bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir".

34
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"