Türkiyə XİN İran səfirini çağırıb

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə İran rəsmi orqanlarının Rəcəb Tayyib Ərdoğan əleyhinə yaydığı məlumatlara, həmçinin İrandakı diplomatik missiyalara qarşı hücumlara etiraz edib.

BAKI, 8 yan-Sputnik. İranın Ankaradakı səfiri ötən gün Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sputnik Türkiyə XİN-in saytına istinadla xəbər verir ki, nazirlikdə İran səfirinə İranın rəsmi media orqanlarında yayılan bəzi xəbərlərə etiraz bildirilib.

Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Ərdoğan İranı ikiüzlü adlandırdı

"Səfirə İranın rəsmi media orqanlarında yayılan, Türkiyə prezidentinin ötən günlərdə Səudiyyə Ərəbistanına etdiyi səfərlə bu ölkədə həyata keçirilən edam cəzaları arasında əlaqə olduğunu və Türkiyə prezidentini ittiham edən ifadələrin yer almasını şiddətlə qınadığımızı bildirdik. Həmçinin qeyd etdik ki, qonşu İran xalqında Türkiyə prezidenti əleyhinə rəy formalaşdırmağı hədəfə alan bu cür informasiyaların yayımının dərhal dayandırılmasını istəyirik" — XİN-in məlumatında deyilir.   

Səfirə həmçinin bildirilib ki, xarici ölkələrin diplomatik missiyalarının toxunulmazlığının təmin edilməsi ev sahibi olan ölkənin vəzifəsi və borcudur. Bu baxımdan, Tehrandakı və Məşhəddəki Səudiyyə Ərəbistanı səfirliyinə və baş konsulluğuna qarşı hücumlar heç bir şəkildə qəbul və izah edilə bilməz.

Xəbər lenti
0