Скорая помощь в Ливии

Liviyada terror aktı nəticəsində ölənlərin sayı 65-ə çatıb

8
(Yenilənib 23:07 07.01.2016)
Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

BAKI, 7 yan — Sputnik. Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Sputnik-in RİA Sputnik-ə istinadən verdiyi xəbərə görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölən şəxslərin arasında dinc sakinlərin də olduğu bildirilir.

Partlayış nəticəsində 100-dən çox insan yaralanıb.

Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.  

8