Yaponiya yanğınsöndürən maşını

Yaponiyada güclü yanğın yaralanmalara səbəb oldu

3
(Yenilənib 19:34 07.01.2016)
Yanğının baş verdiyi Sindzyuku rayonu əyləncə mərkəzləri və restoranları ilə məşhurdur.

BAKI, 7 yan – Sputnik. Yaponiyanın paytaxtı Tokioda, güclü yanğın baş verib, xəsarət alanlar var. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Xəsarət alanlar olsa da, onların dəqiq sayı barədə məlumat verilmir. Bundan əlavə, yanğınsöndürənlər binanın ikinci mərtəbəsində hələ də insanların olduğunu söyləyir. Yanğının söndürülməsi üzrə işlər davam edir.

Yanğının baş verdiyi Sindzyuku rayonu əyləncə mərkəzləri və restoranları ilə məşhurdur.

3