Tuneldə yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olub

© amazonaws.comYaponiya yanğınsöndürən maşını
Yaponiya yanğınsöndürən maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Hokkaydo adasında tuneldə baş verən yanğın səbəbindən 81 qatar reysi ləğv olunub.

BAKI, 27 dek — Sputnik. Yaponiyanın şimalında, Hokkaydo adasında tuneldə baş verən yanğın səbəbindən 81 qatar reysi ləğv olunub.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, tuneldə tüstülənmə bazar günü səhərə yaxın müşahidə olunub. Hadisənin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Alovun söndürülməsi artıq səkkiz saatdan çoxdur ki, davam edir. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Xəbər lenti
0