manat

ABŞ mətbuatı da manatdan yazdı

313
"Washington Post" qəzeti manatın ucuzlaşmasını "Azərbaycan üzən məzənnəyə keçdi" başlığı ilə oxuculara təqdim edib.

BAKI, 24 dek — Sputnik. Azərbaycanda yerli valyutanın dəyərdən düşməsi, manatın dollar qarşısında kəskin ucuzlaşması dünya mətbuatında da geniş yer tutub. Xüsusilə də ingilis dilli media Azərbaycandakı devalvasiya xəbərini ilk səhifələrinə çıxarıblar.

ABŞ-ın məşhur Washington Post qəzeti manatın ucuzlaşmasını "Azərbaycan üzən məzənnəyə keçdi" başlığı ilə oxuculara təqdim edib.

Xəbərdə neft qiymətlərindəki ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına da təsir etdiyi bildirilir.

"Mərkəzi bank daha uzun müddət tab gətirə bilmədi və valyutanı sərbəst buraxdı" deyə məqalədə qeyd olunur.

Qəzetdə iqtisadçı ekspert Oqtay Haqverdiyevin dəyərləndirmələrinə də yer verilib.

Ekspert, hazırki neft qiymətləri ilə manatın məzənnəsini qorumağın çətin olduğunu deyib.

313
Teqlər:
ekspert, Oqtay Haqverdiyev, Mərkəzi Bank, ABŞ, Washington Post
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
Üzən məzənnəyə keçid manatın sürətlə ucuzlaşmaşına səbəb olacaq
Manat dəyərdən düşməkdə davam edir
Manat ucuzlaşmaqda davam edir
Manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0