Türk əsgəri

Türkiyə Ukraynada hərbi baza yaradacaq

340
(Yenilənib 16:26 18.12.2015)
Mustafa Cəmil Krımoğlu: Hərbi birləşməni Ukraynanın Xerson vilayətində yaratmağı planlaşdırırıq.

BAKI, 18 dek — Sputnik. "Krımla sərhəddə Ukrayna Silahlı Qüvvələrinin tərkibində ölkənin müdafiə nazirinə tabe olacaq hərbi birləşmə yaratmağı planlaşdırırıq".

Sputnik Report-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi, deputat Mustafa Cəmil Krımoğlu UNİAN agentliyinə müsahibəsində deyib. O, həmçinin bildirib: 

"Ukraynanın imkanları məhduddur. Ona görə də biz bunu Türkiyə ilə müzakirə etmək istərdik. Hərbi birləşməni Ukraynanın Xerson vilayətində yaratmağı planlaşdırırıq"

Krım tatarlarının liderləri Mustafa Cəmil Krımoğlu və Refat Çubarov dekabrın 16-17-də Türkiyədə səfərdə olublar. Onların Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşdükləri bildirilib.

Bir müddət öncə Mustafa Cəmil Krımoğlu Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında Krımın Rusiya tərəfindən ilhaq edildiyini, Kremlin yarımadanı hərbi, hətta nüvə silahı bazasına çevirmək üçün səy göstərdiyini bəyan etmişdi.

340
Teqlər:
Xerson, Mustafa Cəmil Krımoğlu, Refat Çubarov, Krım tatarları, Nyu-York, BMT, Mustafa Cemilev, Krım, Ukrayna, Rusiya, Türkiyə