Российский самолет Су-24 взлетает с авиабазы Хмеймим в Сирии

"Su-24"ün Türkiyə sərhəddini pozmadığına dair sübutlarımız var

23
(Yenilənib 12:17 18.12.2015)
Sergey Dronov: Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı həm yerli, həm də xarici ekspertlər üçün maksimal səviyyədə şəffaf keçiriləcək.

BAKI, 18 dek-Sputnik. Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyənin hava məkanını pozmayıb, Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub.

Sputnik-in məlumatına görə, bu bəyanatla Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə çıxış edib.

"Hadisə baş verən gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz də bəyan edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədini pozmadığına dair sübutlar var" — deyə Dronov bildirib.

Dronov təyyarənin "qara qutu"sunun Çin və Britaniya mütəxəssislərinin iştirakı ilə oxunmasına başlanıldığını deyib. Onun sözlərinə görə, bu vaxtadək "qara qutu" üzərində heç bir iş aparılmayıb və "qara qutu" təyyarənin düşdüyü yerdən götürüldüyü vəziyyətdədir".

Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə dekabrın 8-də təhvil verildiyini deyən Dronov bildirib ki, Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı həm yerli, həm də xarici ekspertlər üçün maksimal səviyyədə şəffaf keçiriləcək. Buna görə də Rusiya 14 dövlətdən olan beynəlxalq ekspertləri həmin prosesdə iştiraka dəvət edib.

23
Teqlər:
qara qutu, Rusiyanın Su-24 təyyarəsi, Rusiya Hərbi-Kosmik Qüvvələri, Sergey Dronov, Rusiya, Türkiyə
Əlaqədar
Türkiyənin vurduğu Su-24 təyyarəsinin pilotu dəfn edilib
Sergey Lavrov: "Su-24" ilə bağlı insident planlı təxribata oxşayır
Rusiya Türkiyənin "Su -24"-ü vurmasını qeyri-dostluq əməli adlandırıb

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

9
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

9
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Atatürkün Naxçıvanla bağlı arzusu həyata keçirilir - TBMM-in spikeri

18
Mustafa Şentop: "Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi".

BAKI, 28 noyabr - Sputnik. Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri birmənalı  hərbi qələbə ilə geri almasından sonra ölkəmiz və Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb. 

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O, bu məsələdə Mustafa Kamal Atatürkün Naxçıvanla bağlı mövqeyini də yada salıb:

"Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq".

TBMM-in spikeri onu da qeyd edib ki, məqsəd Orta Asiyadakı türk cümhuriyyətləri ilə əlaqələri daha da genişləndirməkdir:

"Tarixi İpək Yolunu daima birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq". 

18
Teqlər:
Naxçıvan, Mustafa Kamal Atatürk, Atatürk, Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisi, Orta Asiya