Истребитель F-15

ABŞ F-15 qırıcılarını Türkiyədən çıxarıb

246
(Yenilənib 20:02 17.12.2015)
Bu hadisə ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra baş verib.

BAKI, 17 dek-Sputnik. ABŞ Türkiyədəki İncirlik aviabazasından 12 ədəd F-15 qırıcısını çıxarıb.

Sputnik-in məlumatına görə, bu barədə Pentaqonun saytında məlumat verilib.

Təyyarələr Türkiyədən ABŞ-ın Böyük Britaniyadakı Leykenhit daimi bazalarına göndərilib.

Pentaqonun açıqlamasına görə, ABŞ-ın bu addımının Rusiya ilə Türkiyə arasındakı münasibətlərinin gərginləşməsi ilə heç bir əlaqəsi yoxdur.

ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, F-15 qırıcılarının İncirlik aviabazasında yerləşməsi müddətsiz xarakter daşımayıb.

Pentaqon təyyarələrin Britaniyaya dekabrın 15-də ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra istiqamət götürdüyünü təsdiqləyib.

246
Teqlər:
Pentaqon, Baş Qərargah rəisi, Valeri Gerasimov, Cozef Danford, F-15, ABŞ Müdafiə Nazirliyi, Rusiya, Böyük Britaniya, Türkiyə, ABŞ