Maykl Murdan Donald Trampa orijinal etiraz: Biz hamımız müsəlmanıq

© TimeturkMaykl Mur - ABŞ-lı rejissor
Maykl Mur - ABŞ-lı rejissor - Sputnik Azərbaycan
Abunə olmaq
61 yaşlı amerikalı rejissor Maykl Mur 2016-cı il prezident seçkilərində namizəd olan Donald Trump-ın Nyu York şəhərindəki göydələni qarşısında plakat açıb.

BAKI, 17 dek — Sputnik. ABŞ-ın silah siyasəti, səhiyyə sistemi və 11 Sentyabr sonrası Əfqanıstan və İraqa hücumunu daim tənqid edən məşhur rejissor Maykl Mur (Michael Moore), bu dəfə "müsəlmanların Amerikaya gəlməsini dayandırın" deyən respublikaçı senator Donald Trampı (Donald Trump) hədəf alıb.

61 yaşlı rejissor, 2016-cı il prezident seçkilərində namizəd olan Donald Trump-ın Nyu York şəhərindəki göydələni qarşısında "Biz hamımız müsəlmanıq" plakatı açıb.

Mur bununla kifayətlənməyərək, çəkdirdiyi şəkili sosial şəbəkələrdə yayaraq, hər kəsi bunu paylaşmağa çağırıb.

Xəbər lenti
0