Recep Tayyip Erdoğan

Ərdoğandan şok İran açıqlaması

10848
(Yenilənib 15:38 10.12.2015)
Türkiyə prezidenti Qətərin Əl-Cəzirə telekanalına ürəyini boşaldıb.

BAKI, 10 dek — Sputnik. "Türkiyə hər zaman məzhəbçiliyin qarşısında durub, bugün də elədir. Ancaq təəssüf ki, İran və İraq hökumətləri məzhəbçi siyasət aparmaqla bölgədə gərginliyə səbəb olur". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın apardığı siyasət Yaxın Şərqdəki vəziyyəti olduqca təhlükəli məcraya sürükləyir. Ərdoğan Tehran rəhbərliyinin, qonşu ölkələrdə, xüsusilə də İraqda məzhəbçi siyasət güddüyünü qeyd edib.

Türkiyə prezidenti, Mosuldakı türk hərbi birliyi səbəbilə İraqla aralarında yaşanan problemə də toxunub. Prezident, hazırki Bağdad rəhbərliyinin Tehranın təsiri ilə hərəkət etdiyini söyləyib.

"Həmin türk əsgərləri keçən il İraqın baş naziri Haydar İbadinin rəsmi dəvətilə İŞİD təhlükəsinə qarşı Mosula yerləşdiriliblər. İndi birdən-birə nə oldu ki, rəsmi Bağdad fikir dəyişdirəsi oldu. Onları kimlərin yönləndirdiyini biz çox yaxşı bilirik" deyə Ərdoğan əlavə edib.

10848
Teqlər:
Bağdad, Haydar İbadi, Əl-Cəzirə, Mosul, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Tehran, İraq, İran, Qətər, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

2
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

2
Teqlər:
təsir, peyvənd, AstraZeneca
Makoley Kalkin

"Evdə tək"in Kevini ata olub

5
(Yenilənib 14:46 13.04.2021)
40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib. Bildirilir ki, aktyorlar 2017-ci ildə "Dəyişmə diyarı" filminin çəkiliş meydançasında tanış olublar.

BAKI, 13 aprel — Sputnik. Hər kəsin sevərək izlədiyi "Evdə tək" filminin Kevini - aktyor Makoley Kalkin ilk dəfə ata olub.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı aktyorun həmkarı Brenda Sonqdan oğlu dünyaya gəlib. Bildirilir ki, aktyorlar 2017-ci ildə "Dəyişmə diyarı" filminin çəkiliş meydançasında tanış olublar.

Aprelin 5-də həyata göz açan körpəyə Makoleyin mərhum bacısı Dakotanın adı verilib.

Qeyd edək ki, Dakotanı 2008-ci ildə avtomobil vurub öldürüb.

5

Yoluxma sayı artdı, ölüm sayı da

0
(Yenilənib 16:41 13.04.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 289 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

Ölkədə son sutka ərzində 14 254, hazırkı dövrədək isə 3 040 386 test aparılıb.

0