Bakı, 10 dek — Sputnik. Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın başçısı Kim Çen In bəyan edib.
"Biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək qüdrətli dövlətə çevrilmişik", deyə Kim Çen In Pxenyanda silah zavoduna baş çəkərkən bildirib.
O, həmçinin ölkədə hərbi sənaye kompleksinin inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunur ki, bu, Şimali Koreya tərəfindən hidrogen bombasının işlənib hazırlanmasına dair ilk məlumatdır.
BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.
"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.
33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.
Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb.
BAKI, 24 yanvar - Sputnik. Braziliyanın Tokantis ştatının Portu-Nasiunal şəhərində təyyarə qəzası baş verib.
Sputnik Azərbaycan xarici KİV-ə istinadla xəbər verir ki, qəza zamanı təyyarədə pilotdan başqa, Braziliyanın D seriyasında çıxış edən “Palmas” klubunun prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.
Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.
"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.
BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib.
Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:
“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”.
İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.
Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.
İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb.