Ərdoğan Nazarbayevə nə deyib?

© www.tccb.gov.trПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu təsdiqləyib.

BAKI, 30 noy-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu təsdiqləyib.

Sputnik-in verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin saytında məlumat yayılıb. Türkiyə və Qazaxıstan prezidentləri ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, aktual regional və beynəlxalq məsələlər, Suriyadakı böhranlı vəziyyət və Rusiyaya məxsus "Su24" təyyarəsinin vurulması ətrafında yaranan insidentlə bağlı fikir mübadiləsi aparıblar.

N. Nazarbayev rəsmi Ankara və Moskvanın münasibətlərin daha da gərginləşməməsi üçün tədbir görəcəklərinə ümid etdiyini bildirib.

Xəbər lenti
0