İŞİD bazarda partlayış törədib

Yaponiya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaqdan imtina edib

14
Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur. Bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.

BAKI, 29 noy — Sputnik. Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.

“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən koalisiyada iştirak etmək niyyətində deyil. Həmçinin loqistik dəstəyin, hava zərbələrin və ya İŞİD-ə qarşı hər-hansı digər hərbi fəaliyyətlərin təmin olunması ilə  bağlı koalisiyaya kömək etmək planlaşdırılmır”, deyə məlumatda qeyd olunub.   

Yasuxisu Kavamuru qeyd edib ki, Yaponiya qaçqınlara humanitar yardım göstərməkdə davam edəcək. 

14