SU-24 bomber

Çin vurulan rus təyyarəsi ilə bağlı açıqlama verdi

539
Beynəlxalq terrorizmlə mübarizə səylərinin Çin tərəfindən dəstəkləndiyini ifadə edən Ley, bütün tərəflərin koordinasiya və dialoqu artırmasına ümid etdiyini dilə gətirib.

BAKI, 25 noy — Sputnik. "Türkiyənin vurduğu rus qırıcısı ilə bağlı yaranmış vəziyyəti yaxından izləyirik. Şərh vermək üçün problemin açıqlığa qovuşmasını gözləyirik". Bu barədə Çin Xarici İşlər nazirliyinin spikeri Hong Ley açıqlama verib.

Spiker Ley, tərəfləri sakitliyə çağırdıqlarını bəyan edib.

Beynəlxalq terrorizmlə mübarizə səylərinin Çin tərəfindən dəstəkləndiyini ifadə edən Ley, bütün tərəflərin koordinasiya və dialoqu artırmasına ümid etdiyini dilə gətirib.

Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə "Su-24"döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxmışdı.

539
Teqlər:
Suriya, Baş Qərargah, "Su-24" qırıcı təyyarəsi, "Su-24", "Su-24"döyüş təyyarəsi, Hong Ley, Çin Xarici İşlər nazirliyi, Çin Xarici İşlər nazirliyinin spikeri Hong Ley, Çin