Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib

Abunə olmaq
Ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.

BAKI, 21 noy — Sputnik. Belçikanın paytaxtı Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib.

APA-nın verdiyi məlumata görə, ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.

Ötən axşam Belçika prokurorluğu Parisdəki qanlı hadisələrlə bağlı adı açıqlanmayan şəxsə qarşı ittiham irəli sürüb.

Saxlanılan şəxs terror qruplaşmasına qoşulmaqda təqsirli bilinir. Ona qarşı "terror təşkilatının fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0