Nikaraquada yağış

Sel 150-dən artıq insanın həyatına son qoydu

20
(Yenilənib 17:10 18.11.2015)
Hindistanın cənubunda Tamilnad ştatında son bir həftədə yağan aramsız yağışlar faciəyə səbəb olub.

BAKI, 18 noy — Sputnik. Sel daşqınları 150-dən artıq insanın həyatına son qoydu.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın cənubunda Tamilnad ştatında son bir həftədə yağan aramsız yağışlar faciəyə səbəb olub. Belə ki, yağışlar çayların daşmasına səbəb olub və nəticədə sel suları yaşayış məntəqələrini basıb. Daşqınlar nəticəsində 60 mindən artıq insan təhlükəsiz yerə köçürülsə də, faciəsiz ötüşməyib. 150-dən artıq insan selin qurbanı olub. Təkcə Tamilnad ştatının inzibati mərkəzi hesab olunan Çennai şəhərində 59 nəfər daşqınlar nəticəsində ölüb.

Hakimiyyət daşqın bölgəsini fəlakət bölgəsi elan edərək, nəticələrin aradan qaldırılması üçün qüvvələrini ora cəlb edib.

20
 Hakan Altun, arxiv şəkli

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

3
(Yenilənib 13:54 22.04.2021)
Televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

BAKI, 22 aprel — Sputnik. Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

Müğənni 2007-ci ildən onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.

3
Teqlər:
Türkiyә, reanimasiya, müğənni
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi: rəsmi imtina gəldi

20
(Yenilənib 13:41 22.04.2021)
Memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

20
Teqlər:
ABŞ, memorandum, Türkiyə, "F-35" qırıcıları
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

0
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

0