Президенты Турции и Азербайджана с членами семей в Анталье

G20 liderlərinin sammiti öz işinə başlayır

51
Parisdə noyabrın 13-də törədilmiş qanlı terror aktları səbəbindən Fransa prezidenti Fransua Olland sammitdə iştirak etməkdən imtina edib.

Bakı, 15 noy — Sputnik. Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 ("böyük iyirmilik") ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır. Sputnik-in APA-ya istinadən məlumatına görə, bu il G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.

Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Antalya bölgəsində sammit ərəfəsində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirib.

Belə ki, sammitin keçiriləcəyi Antalyanın Belek rayonunun böyük hissəsində turistlər, həmçinin özəl və bələdiyyə nəqliyyat vasitələri ərazidən tamamilə uzaqlaşdırılıb, şəhərə bütün giriş-çıxışlar ciddi nəzarətə alınıb. Sammitin işinə qırmızı, yaşıl və bənövşəyi zonalarda yerləşən 41 otel cəlb olunub. Otellərin bir hissəsinin isə fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb.

Sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb olunub. Belek ətrafında su məkanı sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən diqqətlə yoxlanılaraq, su attraksionları və paraşütlə tullanma kimi əyləncələr üçün tamamilə bağlanıb, çimərlik zonaları isə hasarlanıb.

Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər-hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.

Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 mln dollardan çox vəsait sərf edilib.

Qeyd edək ki G20-də daimi üzv statusuna 19 dövlət və Aİ malikdirlər — Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya və Yaponiya.

Azərbaycan və Sinqapur G20-yə sədrik edən Türkiyə tərəfindən sammitə fəxri qonaq qismində dəvət olunublar.

Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilmiş qanlı terror aktları səbəbindən Fransa prezidenti Fransua Olland sammitdə iştirak etməkdən imtina edib.

Parisdəki faciə ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.

51
Teqlər:
böyük iyirmilik, Türkiyə G20, G20 sammiti, G20, Antalya, Türkiyə

Ümumdünya bikini günü: SSRİ dövrünün maraqlı fotoları

16
(Yenilənib 19:44 05.07.2020)
Yetmiş dörd il əvvəl mini çimərlik paltarı – bikini hazırlanıb. Bu paltar təkcə çimərlik və podiumlarda deyil, insan beyinlərində də əsl inqilaba səbəb olub. Sputnik Azərbaycan-ın fotolentində SSRİ-də bikinini necə geydiklərinə baxın

Hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Lui Rear geyimə adı təsadüfən tapıb. O, amerikalıların Sakit okeandakı Bikini adasında növbəti nüvə sınağı keçirdiklərini eşidib. Onun fikrincə bu çimərlik paltarı da partlayış effekti verməliymiş və o, səhv etməyib.

Bikininin meydana çıxması birmənalı qarşılanmayıb. İspaniya, İtaliya, Portuqaliya kimi katolik ölkələrdə bikini qadağan edilib. Almaniyada insanlar arasına bikinidə çıxan qadınları ictimai işlərə cəlb edirlərmiş. ABŞ-da isə polislər çimərlikləri gəzərək, belə geyimdə olan qadınlara cərimə yazırmışlar.

On il keçəndən sonra vəziyyət dəyişib. Qadınlar daha tez-tez çimərlik gecələrində bikinilərdə peyda olmağa başlayıblar. 1956-cı ildə “Və Allah qadını yaratdı” filmində Bricit Bardo bikinidə peyda olandan sonra isə dəb vurğunları Sen-Trope və İtaliya Rivyerasına axışıblar

16
  • © Sputnik / Yuryi Abramochkin

    Yaxtada gəzinti zamanı çimərlik geyimində olan qızlar

  • © Sputnik / Vladimir Akimov

    Krasnodarda Tuapse çimərliyində gimnastika, 1963-cü il.

  • © Sputnik / B. Elin

    Soçidə bikinidə istirahət edən qız

  • © Sputnik / Vladimir Akimov

    Krımın Qara dəniz sahili.

  • © Sputnik / Georgiy Ter-Ovanesov

    Sovet aktrisası Natalya Seleznyova ""I" əməliyyatı və Şurikin digər macəraları" filmində, 1965-ci il.

  • © Sputnik / M. Nachinkin

    "Poltavselstroy" trestinin işçiləri istirahətdə

  • © Sputnik / Iakov Berliner

    Yurmalada istirahət edənlər, Latviya, 1975-ci il.

  • © Sputnik / Miranskiy

    Su xizəyi üzrə dünya çempionu Natalya Rumyançeva, 1985-ci il.

  • © Sputnik / Yu. Kravchuck

    Qızlar "Zerenski" istirahət evinin çimərliyində.

  • © Sputnik / Alexander Mokletsov

    Qurzufda çimərlikdə qızlar, 1971-ci il.

  • © Sputnik / N. Rakhmanov

    Piçundada pansionatda istirahət edənlər, 1982-ci il.

  • © Sputnik / Sviridov

    Latviya. Riqa, 1958-ci il.

  • © Sputnik / V. Kalinin

    "Gənclik" Beynəlxalq düşərgəsinin çimərliyi. Xəzər dənizinin sahili.

  • © Sputnik / Alexander Mokletsov

    Gəmidə gəzinti.

  • © Sputnik / Vasily Malyshev

    SSRİ-də 1956-cı ilin yaz-yay dəbi.

  • © Sputnik / Aleksandr Pogotov

    "Taqanroq gözəli -88"in qalibi Oksana Kolomenskaya.

  • © Sputnik / Boris Ushmaykin

    Dombayda istirahət edənlər.

  • © Sputnik / Yakov Berliner

    Fotoqraf Yakov Berlinerin "İncəlik" şəkli.

İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda ölənlərin sayı durmadan artır Yeni rekord

4
(Yenilənib 18:33 05.07.2020)
Son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

BAKI, 5 iyul – Sputnik. İranda son sutka ərzində koronavirusa yoluxanlardan 163-ü həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər isə sağalaraq evə buraxılıb.

İranın bəzi mətbuat orqanları qeyd edirlər ki, koronavirusa yoluxan və qeydiyyata düşməyən adamlarda var. Əsasən regionlarda yoluxan və ölənlərin sayı rəsmi məlumatda göstərilənlərdən çoxdur.

4
Mövzu:
Dünyanı cənginə almış bəla