Azərbaycanlıları təhqir edən telekanal rəhbərliyi üzr istədi

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan türklərini təhqir edən “Fitilə” proqramının fəaliyyətinin dayandırılıb və bir neçə məsul şəxs də tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 11 noy — Sputnik. İranda azərbaycanlıların kütləvi etirazlarına səbəb olan İran dövlət televiziyasındakı "Fitilə" adlı proqramının fəaliyyətinin dayandırıldığı bildirilir. 

Sputnik İran mətbuatına istinadən xəbər verir ki, proqramın fəaliyyətinin dayandırılması ilə yanaşı, bir neçə məsul şəxs də tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz etiraz edən xalqdan üzr istəyib. Buna baxmayaraq, İranda azərbaycanlıların etirazları davam edir. Küçə nümayişlərinin qarşısını almaq üçün bu gün bir çox şəhərin küçələrindən polis qüvvələri gücləndirilmiş rejimdə işləyib.

Etirazçılar İran parlamentinin etnik xalqlara, xüsusilədə azərbaycanlılara ayrı-seçkiliyi qadağan edən qanun qəbul etməsini tələb edir. Azərbaycanlıların etirazlarına İrandakı digər etnik xalqlar da qoşulublar. Belə ki, ərəb və bəluc fəallar azərbaycanlıları dəstək xarakteri daşıyan bəyanat yayıblar.

Məsələyə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani də mövqeyini açıqlayıb və baş verənləri pisləyib.

Sabiq səfir deyib ki, belə halların yaranmasına yol vermək olmaz və ortaya çıxan bu xoşagəlməz vəziyyəti kəskin formada pisləmək lazımdır: ““Fitilə” verilişində baş verən çirkin hadisə tamamilə yanlış ssenarinin məhsuludur və birmənalı şəkildə pislənilir. Amma bunun konkret bir plan əsasında edilib-edilmədiyi müvafiq orqanlar tərəfindən araşdırılmalıdır.  Anlaşılan odur ki, belə bir tamaşanın səhnələşdirilməsi səhv idi və bunu İran Teleradio Təşkilatının sədri, eləcə də verilişin rejissoru və oyunçuları boyunlarına aldılar. Qeyd etdiyim bütün bu insanlar artıq ölkəmizdə yaşayan azərbaycanlılardan üzr istəyiblər. Hətta buna baxmayaraq, verilişə məsul olan bir sıra şəxs işdən azad olunub və hazırda onların istintaqı gedir. İran cəmiyyətinin müxtəlif səviyyələrində verilişlə yaranan bu vəziyyət pislənməkdədir və hər yerdə də günahkarların cəzalandırılması tələb olunur. Əlbəttə, müvafiq orqanlar tərəfindən bu məsələ ətraflı araşdırılmalı və ortaya çıxan nəticədən dərs götürülməlidir ki, təkrara yol verilməsin. Xüsusilə də başa düşürük ki, nüvə proqramına dair Qərblə bağlanan saziş İranın daxilində bəzi şəxsləri və qrupları ciddi narahat edib. Çünki onların maddi və siyasi mənafeləri təhlükə altında qalıb. Eyni zamanda, bəzi xarici dövlətlər bu sazişin imzalanmasından və nəticələrindən özlərini itiriblər.”

Xatırladaq ki, Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə" adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

30 ilə yaxındır fəaliyyət göstərən bu proqram İranda uşaqlar üçün ən populyar komediya proqramlarından hesab edilir. Proqramın milyonlarla izləyicisini olması istisna deyil.

Xəbər lenti
0