Экс-президент Египта Хосни Мубарак

Hüsnü Mübarək oğlanları görün nədə ittiham olunurlar

39
Yerli medianın xəbərinə görə, növbəti məhkəmə iclası 2016-cı il yanvarın 21-ə keçirilib.

BAKI, 5 noy – Sputnik. Misir Appelyasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin işi ilə bağlı prosesi təxirə salıb. 

Yerli medianın xəbərinə görə, növbəti məhkəmə iclası 2016-cı il yanvarın 21-ə keçirilib. 

Bu il mayın 10-da məhkəmə sabiq dövlət başçısı Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. 

Hüsnü Mübarək və iki oğlu prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuş və barələrində cinayət işi açılmışdı.

39