Türkiyənin bayrağı

BMT komissarı Türkiyəni Avropaya nümunə göstərdi

13
(Yenilənib 14:27 28.10.2015)
Avropa Birliyini sərt tənqid edən komissar, qaçqın yükünü ən çox Türkiyə, Livan və İordaniyanın öz üzərinə götürdüyünü bildirib.

BAKI, 28 okt – Sputnik. Avropa ölkələri qaçqınlar məsələsində uğursuzdur.

Bunu jurnalistlərə açıqlamasında BMT-nin ali komissarı Antonio Qutyerres deyib. 

Avropa Birliyini sərt tənqid edən komissar, qaçqın yükünü ən çox Türkiyə, Livan və İordaniyanın öz üzərinə götürdüyünü bildirib.

“Bu vəziyyət bu şəkildə uzun müddət davam edə bilməz. Problem artıq insani böhrana çevrilib. Beynəlxalq ictimaiyyət daha çox məsuliyyət üzərinə götürməlidir”, deyə Qutyerres əlavə edib.

13