İsrail əsgərləri fələstinliləri öldürməkdə davam edir

© Sputnik / Андрей Стенин / Mediabanka keçidВооруженный конфликт между Израилем и Палестиной
Вооруженный конфликт между Израилем и Палестиной - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstinlilər və yəhudilər arasında qarşıdurma, İsrail hökumətinin müsəlmanların Əl Əqsa məscidinə girişinə əngəl törətməsi ilə başlayıb və iki aya yaxındır ki davam edir.

BAKI, 22 okt — Sputnik. Dünən axşam, İordan çayının qərb sahilində bir nəfər fələstinli gənc İsrail əsgərlərinin açdığı atəşlə öldürülüb. Hadisə Beyt Ummar mahalında yaşanıb. Fələstinli gəncin öz avtomobilini əsgərlərin üzərinə sürdüyü iddia edilib.

İsrail ordusu hadisə nəticəsində dörd əsgərin yaralandığını və yoldakı maşınların zərər gördüyünü açıqlayıb.

Ramallah şəhərində isə zirehli polis maşınını vurmağa cəhd edən fələstinli saxlanılıb.

Fələstinlilər və yəhudilər arasında qarşıdurma, İsrail hökumətinin müsəlmanların Əl Əqsa məscidinə girişinə əngəl törətməsi ilə başlayıb və iki aya yaxındır ki davam edir.

Xəbər lenti
0