Nobel mükafatı

Nobel sülh mükafatını görün kimə verdilər!

135
(Yenilənib 22:12 12.10.2015)
Nobel komitəsi, 2011-ci ildǝ baş verən inqilabdan sonra plüralist, demokratik ölkə quruculuğunda xidmətlərinə görə Tunis Dördlüsünün mükafata layiq görüldüyünü açıqlayıb.

BAKI, 9 okt – Sputnik. Bu dördlükdə Tunisin dörd vətəndaş cəmiyyəti təşkilatı birləşir

2015-ci il Nobel Sülh Mükafatının sahibi bəlli olub. Mükafata Tunis Milli Dialoq Dördlüsü layiq görülüb.

Mərkəzi Norveçdə yerləşən Nobel komitəsi, 2011-ci ildǝ baş verən inqilabdan sonra plüralist, demokratik ölkə quruculuğunda xidmətlərinə görə Tunis Dördlüsünün mükafata layiq görüldüyünü açıqlayıb.

Sülh mükafatına namizədlər arasında Papa Fransisk və Almaniya kansleri Angela Merkel də var idi.

Təxminən 1 milyon dollar dəyərindəki Nobel Sülh Mükafatı 10 dekabrda Norveçin paytaxtı Osloda keçiriləcək mərasimlə sahiblərinə təqdim ediləcək.


135
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

0
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

0
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

29
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

29
Teqlər:
təsir, peyvənd, AstraZeneca