BAKI, 9 okt — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefonda danışıb. Yarım saatdan çox davam edən danışıqlarda Suriya və Ukrayna mǝsǝlǝsi müzakirǝ edilib.
Bu barədə mətbuata ABŞ Dövlǝt Departamentinin spikeri Con Kirbi açıqlama verib.
Kirbi, görüşdə Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarının İŞİD-i hədəf almadığı ilə bağlı ABŞ rəhbərliyinin narahatlığını dilə gətirdiyini bildirib.
Lavrov və Kerri, hava hücumlarında yarana bilǝcǝk qəza və səhv anlaşılmaların qarşısını almaq mǝqsǝdilǝ tədbirlər görülmǝsinin vacibliyini dǝ müzakirǝ ediblər.
BAKI, 28 fevral — Sputnik. Bir-iki ildən sonra yeni tip koronavirus mövsümi infeksiyaların siyahısına düşə bilər. Sputnik Azərbaycan-ın rusiya mətbuatına istinadla yaydığı xəbərə görə, bu açıqlama ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya çıxış edib.
"Bəlkə də, bu, yaxın 1-2 ildə baş verdi. Artıq indidən COVID-19-da mövsümi infeksiya xüsusiyyətləri müşahidə olunmağa başlayıb. 2020-ci ilin payız aylarında koronavirusa yoluxma hallarının kəskin artması bunu bir daha təsdiqləyir", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya dünyada COVID-19 peyvəndini ilk qeyd alan ölkədir. Preparat Qamaleya adına mərkəz tərəfindən Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə hazırlanıb və "Sputnik V" adını alıb. Ötən ilin oktyabr ayının 15-də Rusiya Prezidenti Vladimir Putin "EpiVacCorona" adlı COVID-19-a qarşı ikinci peyvəndin qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat verdi. Yeni preparat Novosibirskdəki "Vektor" Mərkəzi tərəfindən işlənib-hazırlanıb. Üçüncü Rusiya peyvəndi olan "CoviVac" isə Çumakov adına mərkəz tərəfindən işlənib hazırlanaraq bu ilin fevral ayının 20-də qeydiyyatdan keçirilib.
BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.
Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.
"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.
Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.
Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.
BAKI, 28 fevral - Sputnik. “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.
O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub:
“Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.
Qeyd edək ki, hadisə dünən Qəbələ rayonunda baş verib. Zərgərli kəndində yerli sakin, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.