Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-dan Rusiyaya gecikmiş çağırış

© AFP 2023 / NIMANI ARMEND NIMANIRusiya və NATO
Rusiya və NATO - Sputnik Azərbaycan
Abunə olmaq
NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb.

BAKI, 9 okt — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb.

“Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmək çox vacibdir. Gürcüstan sərhədlərinin dünya tərəfindən tanıdıldığı  suveren dövlətdir. Onun öz gələcəyini,  təhlükəsizliyin təmin olunması üçün tədbirləri  müəyyən etmək   hüququ var”, deyə NATO-nun  baş katibi qeyd edib.

Onun sözlərinə görə, Rusiya indiyədək Gürcüstanın sərhədlərini pozmaqda davam edir. “NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırır”, deyə baş katib bildirib.

“NATO Uelsdəki sammit zamanı  Gürcüstana böyük yardım paketinin ayıracağını vəd etmişdi və biz sözümüzə əməl edirik”, deyə baş katib bildirib və Gürcüstanın da öz öhdəliklərinə əməl edərək islahatlar layihəsini davam etdiyini bildirib. Yens Stoltenberq Gürcüstan-NATO əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləməkdə davam edəcəyini bildirib.

Xəbər lenti
0