Avropaya hər gün 8 minədək qaçqın gəlir

Avropaya hər gün 8 minədək qaçqın gəlir

264
(Yenilənib 22:03 12.10.2015)
Amid Avad: Tək Yunanıstana gün ərzində 5 000 nəfərdən çox insan pənah gətirir.

BAKI, 26 sent-Sputnik. BMT-nin hesablamalarına görə, Avropaya hər gün 8 minədək qaçqın gəlir.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Avropada qaçqınların işləri üzrə əlaqələndiricisi Amin Avad bəyan edib.

"Tək Yunanıstana gün ərzində 5 000 nəfərdən çox insan pənah gətirir" — deyə A.Avad bildirib.

Ümumilikdə 2015-ci ilin əvvəlindən Avropada sığınacaq tapmaq üçün 500 minə yaxın miqrant gəlib. Onlar arasında çoxluğu Suriya, İraq və Eritreya vətəndaşları təşkil edir.

 

264