ABŞ ordusu

ABŞ quru qoşunlarını Suriyaya yeritdi

790
(Yenilənib 16:29 17.09.2015)
Amerika Mərkəzi Qüvvələr komandanı Loyd Austin: Artıq bir ildən çoxdur ki, İŞİD-ə qarşı apardığımız hava əməliyyatları göstərdi ki, bu yetərli deyil. Terrorçulara qarşı quru hərəkatı aparmağın vaxtı çatıb.

BAKI, 17 sen – Sputnik. Amerika Birləşmiş Ştatları Müdafiə nazirliyi Pentaqon, xüsusi hərəkat dəstələrinin Suriyanın şimalına daxil olduğunu açıqlayıb. 

Açıqlamada qeyd olunur:

“Dünən gecə 00:25 radələrindən etibarən ABŞ ordusuna aid xüsusi hərəkat qüvvələri Suriyaya şimaldan daxil olmuş, bölgədə İŞİD-lə döyüşən kürd peşmərgə qrupları ilə birgə terrorçulara qarşı əməliyyatlara başlamışdır”

Xəbəri Amerika Mərkəzi Qüvvələr komandanı Loyd Austin də təsdiqləyib. Austin, ABŞ əsgərlərinin, Suriyanın şimalında olduğunu və kürd peşmərgə dəstələri ilə birgə hərəkət etdiyini söyləyib.

“Artıq bir ildən çoxdur ki, İŞİD-ə qarşı apardığımız hava əməliyyatları göstərdi ki, bu yetərli deyil. Terrorçulara qarşı quru hərəkatı aparmağın vaxtı çatıb”

790