(1:09 / 6.88Mb / просмотров видео: 162)

Macarıstan polisi Suriyalı qaçqınları bombaladı

92
(Yenilənib 11:27 17.09.2015)
Serbiya - Macarıstan sərhəddindən verilən son məlumata görə, hazırda 100-ə yaxın zirehli polis maşını suriyalı və afrikalı miqrantların ölkəyə girməsinin qarşısını almağa çalışır.

Macarıstan polisi, Serbiya sərhədindən ölkəyə girməyə çalışan qaçqınlara qarşı gözyaşardıcı qaz bombalarından və təzyiqli sudan istifadə edib.

Serbiya — Macarıstan sərhəddindən verilən son məlumata görə, hazırda 100-ə yaxın zirehli polis maşını suriyalı və afrikalı miqrantların ölkəyə girməsinin qarşısını almağa çalışır.

Polislərdən biri qaçqınları təcavüzkar adlandıraraq, onları dəmir məftilləri qırmaqda təqsirləndirib. Lakin hazırda bölgədə olan BMT işçiləri macar polisinin böhtan atdığını, əslində qaçqınların sərhəddəki heç bir məftili qırmadığını, hətta buna cəhd belə etmədiyini deyib.

Macarıstan Baş nazirinin müavini qaçqınların dəmir alətlərlə silanlandığını söyləsə də, hazırda ərazidə olan xəbər agentlikləri bunu yalanlayıblar.

92
Teqlər:
Serbiya sərhədi, Macarıstan polisi, miqrantlar, miqrant, Macarıstan, Serbiya