Pentaqon sözçüsü Peter Cook

ABŞ: Türkiyənin İraqın şimalına müdaxiləsini dəstəkləyirik

15
(Yenilənib 16:46 09.09.2015)
Pentaqon sözçüsü Peter Cook: Türkiyənin, terror təşkilatı PKK-ya qarşı İraqın şimalında apardığı əməliyyatlarla bağlı özünü müdafiə hüququ var.

BAKI, 9 sent – Sputnik. BMT Baş Katibi Pan Gi Mun Türkiyədə polisə və orduya qarşı edilən hücumları qınayaraq hökumətə və Türk xalqına başsağlığı verib.

Qurumdan verilən yazılı açıqlamaya görə, Pan Gi Mun Türkiyədə artan zorakılıq hadisələri ilə əlaqədar narahatlığını dilə gətirib.

Zorakılığa son qoyulması çağırışını edən Ban, hücumların bölgə üzərindəki mümkün təsirini də qeyd edərək vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirib.

Terror təşkilatı PKK-nın törətdiyi xain hücumlara NATO-dan da reaksiya gəlib.

NATO Baş Katibi Jens Stoltenberq  Hakkarinin Dağlıca bölgəsi və İğdırdakı terror hücumlarını şiddətlə qınayaraq, Türk hökumətinə və həyatını itirən əsgər və polislərin ailələrinə başsağlığı verib.

Terrorizmin heç bir əsası ola bilməz deyən Stoltenberq, NATO-nun, müttəfiq Türkiyənin hökuməti və xalqı ilə həmrəylik içində olduğunu vurğulayıb.

Amerika Birləşmiş Ştatları da, Türk təhlükəsizlik əməkdaşlarına qarşı hücumlara laqeyd qalmayıb.

Ağ Ev, Dövlət Departamenti və Müdafiə Nazirliyi Pentaqon birgə mövqe nümayiş etdirərək hücumları qınayıblar.

Ağ Ev Sözçüsü Josh Earnest Amerika Birləşmiş Ştatlarının, müttəfiqi Türkiyənin yanında olduğunu xatırladaraq, Türkiyənin özünü müdafiə haqqı olduğu fikrini bir daha təkrarlayıb.

Türkiyə ilə terror təşkilatı PKK-nın dinc həllə nail olmağa yönəlmiş poresesə qayıtmasının əhəmiyyətini vurğulayan Earnest, Türkiyənin İŞİD ilə mübarizə çərçivəsindəki dəstəyindən duyduğu məmnuniyyəti dilə gətirib.

ABŞ Dövlət katibinin mətbuat sözçüsü John Kirby də “Türkiyənin, hər bir ölkə kimi terror hücumlarına qarşı özünü qorumaq hüququ olduğunu anlayırıq və dəstəkləyirik" deyib.

Hücumlarda şəhid olan əsgərlərin ailələrinə başsağlığı verən Pentaqon sözçüsü Peter Cook isə: "Çox sayda Türk təhlükəsizlik qüvvəsi əməkdaşının həyatını itirməsinə səbəb olan PKK-nın terror hücumlarını qəti şəkildə qınayırıq" deyib.

Peter Cook da Türkiyənin, terror təşkilatı PKK-ya qarşı İraqın şimalında apardığı əməliyyatlarla bağlı özünü müdafiə hüququ olduğu fikrini təkrar edib.

15
Teqlər:
BMT Baş Katibi Pan Gi Mun, Pan Gi Mun, Peter Cook, Pentaqon sözçüsü Peter Cook, ABŞ, Türkiyə

Ümumdünya bikini günü: SSRİ dövrünün maraqlı fotoları

21
(Yenilənib 19:44 05.07.2020)
Yetmiş dörd il əvvəl mini çimərlik paltarı – bikini hazırlanıb. Bu paltar təkcə çimərlik və podiumlarda deyil, insan beyinlərində də əsl inqilaba səbəb olub. Sputnik Azərbaycan-ın fotolentində SSRİ-də bikinini necə geydiklərinə baxın

Hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Lui Rear geyimə adı təsadüfən tapıb. O, amerikalıların Sakit okeandakı Bikini adasında növbəti nüvə sınağı keçirdiklərini eşidib. Onun fikrincə bu çimərlik paltarı da partlayış effekti verməliymiş və o, səhv etməyib.

Bikininin meydana çıxması birmənalı qarşılanmayıb. İspaniya, İtaliya, Portuqaliya kimi katolik ölkələrdə bikini qadağan edilib. Almaniyada insanlar arasına bikinidə çıxan qadınları ictimai işlərə cəlb edirlərmiş. ABŞ-da isə polislər çimərlikləri gəzərək, belə geyimdə olan qadınlara cərimə yazırmışlar.

On il keçəndən sonra vəziyyət dəyişib. Qadınlar daha tez-tez çimərlik gecələrində bikinilərdə peyda olmağa başlayıblar. 1956-cı ildə “Və Allah qadını yaratdı” filmində Bricit Bardo bikinidə peyda olandan sonra isə dəb vurğunları Sen-Trope və İtaliya Rivyerasına axışıblar

21
  • © Sputnik / Yuryi Abramochkin

    Yaxtada gəzinti zamanı çimərlik geyimində olan qızlar

  • © Sputnik / Vladimir Akimov

    Krasnodarda Tuapse çimərliyində gimnastika, 1963-cü il.

  • © Sputnik / B. Elin

    Soçidə bikinidə istirahət edən qız

  • © Sputnik / Vladimir Akimov

    Krımın Qara dəniz sahili.

  • © Sputnik / Georgiy Ter-Ovanesov

    Sovet aktrisası Natalya Seleznyova ""I" əməliyyatı və Şurikin digər macəraları" filmində, 1965-ci il.

  • © Sputnik / M. Nachinkin

    "Poltavselstroy" trestinin işçiləri istirahətdə

  • © Sputnik / Iakov Berliner

    Yurmalada istirahət edənlər, Latviya, 1975-ci il.

  • © Sputnik / Miranskiy

    Su xizəyi üzrə dünya çempionu Natalya Rumyançeva, 1985-ci il.

  • © Sputnik / Yu. Kravchuck

    Qızlar "Zerenski" istirahət evinin çimərliyində.

  • © Sputnik / Alexander Mokletsov

    Qurzufda çimərlikdə qızlar, 1971-ci il.

  • © Sputnik / N. Rakhmanov

    Piçundada pansionatda istirahət edənlər, 1982-ci il.

  • © Sputnik / Sviridov

    Latviya. Riqa, 1958-ci il.

  • © Sputnik / V. Kalinin

    "Gənclik" Beynəlxalq düşərgəsinin çimərliyi. Xəzər dənizinin sahili.

  • © Sputnik / Alexander Mokletsov

    Gəmidə gəzinti.

  • © Sputnik / Vasily Malyshev

    SSRİ-də 1956-cı ilin yaz-yay dəbi.

  • © Sputnik / Aleksandr Pogotov

    "Taqanroq gözəli -88"in qalibi Oksana Kolomenskaya.

  • © Sputnik / Boris Ushmaykin

    Dombayda istirahət edənlər.

  • © Sputnik / Yakov Berliner

    Fotoqraf Yakov Berlinerin "İncəlik" şəkli.

İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda ölənlərin sayı durmadan artır Yeni rekord

4
(Yenilənib 18:33 05.07.2020)
Son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

BAKI, 5 iyul – Sputnik. İranda son sutka ərzində koronavirusa yoluxanlardan 163-ü həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər isə sağalaraq evə buraxılıb.

İranın bəzi mətbuat orqanları qeyd edirlər ki, koronavirusa yoluxan və qeydiyyata düşməyən adamlarda var. Əsasən regionlarda yoluxan və ölənlərin sayı rəsmi məlumatda göstərilənlərdən çoxdur.

4
Mövzu:
Dünyanı cənginə almış bəla