Нелегальные мигранты в тесноте и в плохих санитарно-гигиенические условиях отправляются в Европу

BMT: Avropaya Aralıq dənizindən 850 min qaçqın gələcək

20
(Yenilənib 13:53 09.09.2015)
Bu cür proqnoz BMT-nin qaçqınların işi üzrə Ali komissarı idarəsinin bəyanatında bildirilir.

BAKI, 9 sen — Sputnik. 2015-2016-cı illərdə Avropaya Aralıq dənizindən azı 850 min qaçqın gələcək.

Bu cür proqnoz BMT-nin qaçqınların işi üzrə Ali komissarı idarəsinin  bəyanatında bildirilir.

İdarənin ekspertlərinin hesablarına əsasən, bu il Avropa ümumilikdə 400 min, gələn il idə daha 450 min qaçqın gələcək.

İdarədə bu göstəricilərin reallığı əks etdirməyəcəyini istisna etməyiblər. Miqrantların bu payız və ərzində axını Aralıq dənizindəki hava şəraitindən asılı olacaq.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Yaxın Şərq və Afrika ölkələrindən Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların sayı artıq 378 mini keçib.

20
Teqlər:
miqrantlar, miqrant, Avropada qaçqın, Avropada miqrantlar, Avropada miqrant, Miqrantlar Avropada, qaçqın axını, miqrant axını, BMT, Aralıq dənizi, Avropa