ИГИЛ

İŞİD-in 13 bazası darmadağın edildi

913
Məlumata görə koalisiya qüvvələri İraqda 8, Suriyada isə 5 hədəfi darmadağın edib.

BAKI, 3 sent – Sputnik. Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD terrorçularının daha bir neçə hədəfini bombardıman edib. 

Koalisiya qüvvələri, əməliyyat çərçivəsində İraq və Suriyada terrorçuların sığınaqlarına avia zərbələr endirib.

Məlumata görə koalisiya qüvvələri İraqda 8, Suriyada isə 5 hədəfi darmadağın edib. 

Mera qəsəbəsi, o cümlədən Vaşiye, Rakka və əl-Havladakı hədəflər də bombalanıb. 

Hücumlarda qruplaşmanın mövqeləri ilə silah-sursat anbarlarının hədəf alındığı qeyd olunub.  


913