Fans pay their last tributes to British singer Amy Winehouse

‘‘Amy’’ sənədli filmi ilk həftədən gəlir rekordu qırıb

63
Filmdə , Winehouse-un daha əvvəl heç dünya işığına çıxmamış fotoşəkilləri, videoları və ekranlaşdırılmamış mahnıları da yer alır.

BAKI, 3 sent – Sputnik. Müğənni Amy Winehouse-a (Emi Vaynhaus) həsr olunmuş ‘‘Amy’’ sənədli filmi ilk həftədən gəlir rekordu qırıb.

“Amy” İngiltərədə bu günə kimi yayımlanan sənədli filmlər içərisində ən çox gəlir əldə etdiyinə görə birinci, dünyada isə ikinci yerə yüksəlib. Sənədli film 1998-ci ildə 14 yaşındakı Amy-nin Londondakı bir evdə rəfiqəsi Juliette Ashby (Culiette Eşbi) ilə birgə yoldaşlarının ad günündə mahnı oxuduqları bir video-çarx ilə başlayır.

Sənədli film daha sonra müğənninin uşaqlıq dövründən ölümünə qədər yaşadığı həyatı, musiqi karyerası, pis əlaqələri və bulimiya xəstəliyindən bəhs edir.

Filmdə, Winehouse-un daha əvvəl heç dünya işığına çıxmamış fotoşəkilləri, videoları və ekranlaşdırılmamış mahnıları da yer alır.

63