Black Hawk

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

19
(Yenilənib 10:01 03.09.2015)
ABŞ-ın Kolorado ştatında “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

BAKI, 3 sen — Sputnik. ABŞ-ın Kolorado ştatında “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

RİA Novosti-nin verdiyi məlumata görə, Fort-Karson hərbi bazasından havaya qalxan helikopter Duqlas dairəsində meşəlik ərazidə yerə düşüb.

PzFeed portalı xəbər verir ki, helikopterin göyərtəsində olan 4 nəfərdən 3-ü xəsarət alıb. Rəsmi mənbələr bu məlumatı hələ ki, təsdiq etməyib.

Polis hadisə yerinə təcili yardım helikopterinin  göndərildiyini bildirib.

19