Danimarkada müsəlman qəbristanlığı

Danimarkada müsəlman qəbirstanlığına hücum olub

32
(Yenilənib 16:41 02.09.2015)
Odense şəhərindəki Korslökke qəbirstanlığının müsəlmanlara aid hissəsinə hücum təşkil olunub, 50 məzar viran edilib.

BAKI, 2 sent — Sputnik. Danimarkada dini dözümlülüyü ayaqlar altına alan qeyri-insani hadisə baş verib.

Sputnik TRT-yə istinadən xəbər verir ki, Odense şəhərindəki Korslökke qəbirstanlığının müsəlmanlara aid hissəsinə hücum təşkil olunub, 50 məzar viran edilib.

Polisin açıqlamasına görə, qəbirstanlıqda yaxınları basdırılmış müsəlmanlar məzarlığa axın ediblər.

Danimarka Ədliyyə Naziri Sören Pind Twitterdə paylaşdığı mesajda: "Bunu dayandırın. Danimarka olaraq belə bir yolla getmək istəmirik" ifadəsini işlədib.
Kopenhagenə bağlı Bröndbi məhəlləsindəki bir Müsəlman qəbirstanlığı iyun ayında hücuma məruz qalmış və yenə də 50-yə qədər məzar viran edilmişdi.
Təcavüzdən sonra müsəlman dərnəkləri və Danimarkalı siyasətçilər hamını sağlam düşüncəyə dəvət ediblər, qəbirstanlıqda keçirilən anma mərasiminə yüzlərlə müsəlmanla yanaşı çox sayda Danimarkalı iştirak edib.

32
Teqlər:
vəhşilik, müsəlman, qəbiristanlıq, Danimarka
Əlaqədar
Avropa mühacir axınına çarə axtarır
Avropa dəyərlərini avropalıların özləri tapdaladı
İmmiqrant axını Avropa liderlərini hərəkətə gətirdi
AZAL təyyarəsi

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

19
Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən, iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsinə icazə verilir.

 

BAKI, 16 iyun — Sputnik. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Azərbaycana gəlmək üçün tələblər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır", - deyə məlumatda qeyd olunub.

İlk qaranquşlar

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Eləcə də oxuyun:

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

19
Teqlər:
Azərbaycan, icazə, vətəndaş, xarici, uçuş
Tehran şəhərinə mənzərə, arxiv şəkli

İranda namizədlərdən ikisi prezident seçkisində iştirakdan imtina edib

10
(Yenilənib 17:24 16.06.2021)
İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə də iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

BAKI, 16 iyun — Sputnik. İran parlamentinin deputatı, Parlamentin Araşdırma Mərkəzinin rəhbəri Əlirza Zakani prezident seçkilərində öz namizədliyini, digər namizəd Ali Məhkəmənin sədri İbrahim Rəisinin xeyrinə geri götürdüyünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Zakani "Gənc Jurnalistlər Klubu" agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl İran Məclisinin deputatları prezident seçkilərində iştirak edən mühafizəkarları öz namizədliklərini Rəisinin xeyrinə geri götürməyə çağırıb.

Xatırladaq ki, İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

Mehrəlizadə məktubda seçkidə iştirakdan imtina etməsinin səbəbini açıqlamayıb.

Xatırladaq ki, prezidentliyə 7 namizəd qeydə alınmışdı: İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzayi, Mərkəzi Bankın keçmiş müdiri Abdülnasir Himməti, Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyn Kazizadə-Haşimi. Hazırda namizədlərin sayı 5-ə düşüb.

10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Bakıda futbol azarkeşləri ilə görüşdü

0
Şəhərin mərkəzində qısa gəzintidən sonra Türkiyə lideri Milli Məclisə gedərək deputatlar önündə çıxış edib.

BAKI, 16 iyun - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin ikinci günü Bakıda gəzintiyə çıxıb və paytaxt stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasının azarkeşləri ilə görüşüb. 

Türkiyə lideri günortadan öncə şəhərin mərkəzində gəzintiyə çıxıb, sonra bulvara gedib. Orada Ərdoğan futbol azarkeşləri və Bakı sakinləri ilə görüşüb.

 

Gəzinti zamanı insanlar Ərdoğanın adını, eləcə də Türkiyə ilə Azərbaycanın qardaşlığı barədə şüarlar səsləndiriblər.

Qısa gəzintidən sonra Türkiyə liderinin korteji Milli Məclisə istiqamət götürüb. Ərdoğan parlamentin növbədənkənar sessiyasında çıxış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya çərşənbə axşamı, iyunun 15-də gəlib. Səfəri çərçivəsində Türkiyə lideri işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 

Şuşa səfəri çərçivəsində ölkə başçıları Şuşa bəyannaməsini imzalayıblar.

Eləcə də oxuyun:

  • Türkiyə və Uels. Azarkeşlər nə düşünür? - Bakıda keçirilən sorğu

  • UEFA prezidenti Aleksander Çeferin Bakıdadır

  • Həlledici oyun: Bu gün Bakıda AVRO-2020-nin "A" qrupunda ikinci qarşılaşmadır

0