İnqilabçı qəzet yayımını dayandırdı

18
Qəzetin internet səhifəsindən məsul Muhammed Şehate qərarın maliyyə problemi səbəbiylə verildiyini söyləyib.

BAKI, 1 sent — Sputnik. Misirdəki 25 yanvar inqilabının simvollarından olan Təhrir qəzeti oxucularına vida edib.

Bu barədə qəzetin internet səhifəsindən məsul Muhammed Şehate açıqlama verib. O, qərarın maliyyə problemi səbəbiylə verildiyini söyləyib.

Şehate, bundan sonra əməkdaşları ilə internet vasitəsiylə yollarına davam edəcəklərini bildirib.

18
Teqlər:
Təhrir qəzeti, Misir
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Vəssalam. Tramp bütün əlaqələri kəsdi

19
(Yenilənib 23:22 29.05.2020)
Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək

BAKI, 29 may — Sputnik. Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Amerika lideri qərarını onunla əsaslandırıb ki, ÜST Vaşinqtonun tələb etdiyi islahatları yerinə yetirməkdən imtina edib.

Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək.

Xatırladaq ki, hələ aprelin 14-də Tramp bəyan etmişdi ki,  ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

19
Əlaqədar
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
"Strateji səhv". Ruhani ABŞ-ın ÜST-ə dair qərarını şərh etdi
ABŞ və Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."
ABŞ-da polis əməkdaşı, arxiv şəkli

ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

10
(Yenilənib 23:01 29.05.2020)
Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir

BAKI, 29 may — Sputnik. Minneapolisdə həbs olunan zaman həlak olan Corc Floydun ölümündə ittiham olunan keçmiş polis işçisi həbs edilib.

Spiutnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli Hennepin dairəsinin prokuroru Mayk Frimen deyib.

“Bildirmək istəyirəm ki, keçmiş polis zabiti Derek Çaven həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl (ehtiyatsızlıqdan adamöldürmə - red.) və qərəzsiz qətl ittihamları irəli sürülüb” ,- prokuror qeyd edib.

O vurğulayıb ki, hadisə yerində olan digər üç polisin barəsində araşdırmalar isə davam edir.

​Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir.

Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb.

​Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

10
Əlaqədar
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir