Palmira

İŞİD daha bir tarixi məbədi məhv etdi

25
Yaxın Şǝrqdǝ ǝn qǝdim dini mǝkanlardan olan Bel mǝbǝdi Roma imperiyası dövründǝ 32-ci ildǝ tikilib.

BAKI, 1 sent — Sputnik. İŞİD terror tǝşkilatı Suriyada 2 min illik daha bir mǝbǝdi bombalayıb.

Tarixi şǝhǝr Palmirada yerlǝşǝn Bel mǝbǝdinin çox dǝyǝrli tarixi ǝsǝrlǝrlǝ birlikdǝ bəzi hissələrinin mǝhv edildiyi bildirilib.

Suriyalı rəsmilǝr mǝbǝdin ǝtrafında güclü partlayış olduğunu tǝsdiqlǝyib, lakin müdǝqqǝs yerlǝrin zǝrǝr görmǝdiyini açıqlayıblar.

Yaxın Şǝrqdǝ ǝn qǝdim dini mǝkanlardan olan Bel mǝbǝdi Roma imperiyası dövründǝ 32-ci ildǝ tikilib. 

İŞİD bir hǝftǝ öncǝ Palmiradakı tarixi Baalşamin mǝbǝdini bombalamış, daha öncə dǝ Mar Elian monastrını buldozerlǝ yıxmışdı.

"Sǝhra gǝlini" adıyla tanınan vǝ hǝr il 150 mindǝn çox turistin ziyarǝt etdiyi Palmira YUNESKO tǝrǝfindǝn 1980-ci ildǝ Dünya Mǝdǝniyyǝt İrsi siyahısına daxil edilib.

 

25
Teqlər:
Sǝhra gǝlini, Dünya Mǝdǝniyyǝt İrsi siyahısı, Baalşamin mǝbǝdi, Bel mǝbǝdi, YUNESCO, İŞİD terror qruplaşması, İŞİD, Palmira şəhəri, Palmira, Suriya