Türkiyə parlamenti təcili yığıncaq keçirəcək

8
AKP qrup sǝdrini ǝvǝz edən Doğan Kubat, sərhəddən kənar hərbi əməliyyatlara icazə verən qanunun müddətinin uzadılması üçün məclisi təcili toplantıya çağırdıqlarını söyləyib.

BAKI, 1 sent — Sputnik. Türkiyǝ Böyük Millǝt Mǝclisi növbǝdǝnkǝnar yığıncaq keçirməyə hazırlaşır.

Әdalǝt vǝ İnkişaf partiyası Mǝclisin sentiyabrın 3-dǝ saat 13.00-da növbǝdǝnkǝnar yığıncaq keçirmǝsi üçün Türkiyǝ Böyük Millǝt Mǝclisi Sǝdrliyinǝ müraciǝt edib.

Partiyanın qrup sǝdrini ǝvǝz edən Doğan Kubat, sərhəddən kənar hərbi əməliyyatlara icazə verən qanunun müddətinin uzadılması üçün məclisi təcili toplantıya çağırdıqlarını söyləyib. O, buna səbəb kimi, Suriya və İraqda artan terror şəbəkələrini göstərib və bunun Türkiyəyə mümkün təsirinin qarşısını almaq üçün təcili addımlar atmağı vacibliyini vurğulayıb.

Doğan Kubat müraciǝt etmǝdǝn öncə digǝr siyasi partiya rəhbərlərinə mövzu haqqında mǝlumat verildiyini deyib.

Növbǝdǝnkǝnar yığıncaqda müvǝqqǝti seçki hökumǝtinin müstǝqil nazirlǝrinin dǝ and içǝcǝyi gözlǝnir.

8
Teqlər:
Әdalǝt vǝ İnkişaf partiyası, Türkiyə Böyük Millət Məclisi, Doğan Kubat, Türkiyə