Angela Merkel

Angela Merkel: Türkiyə qaçqınlar üçün böyük işlər görür

8
(Yenilənib 13:13 01.09.2015)
Avropaya yeni mühacir axını ilǝ bağlı sualları cavablandıran Merkel, Türkiyǝnin iki milyon qaçqına ev sahibliyi edǝrǝk önǝmli bir mǝsuliyyǝti öhdǝsinǝ götürdüyünü bildirib.

BAKI, 1 sent — Sputnik. Almaniya kansleri Angela Merkel suriyalı qaçqınlarla bağlı Türkiyǝnin mǝsuliyyǝtinin ağır olduğunu söyləyib.

O, bu məsuliyyətin biraz da olsa yüngülǝşdirilmǝsinin vacibliyini qeyd edib.

Avropaya yeni mühacir axını ilǝ bağlı sualları cavablandıran Merkel, Türkiyǝnin iki milyon qaçqına ev sahibliyi edǝrǝk önǝmli bir mǝsuliyyǝti öhdǝsinǝ götürdüyünü bildirib.  

"Türkiyǝ üzǝrindǝn Yunanıstana keçǝn qaçqınlardan başa düşürük ki, Türkiyǝ artıq tək başına mǝsǝlǝni hǝllǝ qovuşdurmaq barǝdǝ çǝtinlik çǝkir. Buna görǝ Türkiyǝ ilǝ möhtǝmǝl yardımlar mǝsǝlǝsini müzakirǝ edirik, atıla bilǝcǝk birgǝ addımlardan danışırıq. Bu ölkənin ötən illǝrdǝ etdiklǝrinǝ böyük hörmǝtim olduğunu ifadǝ etmǝliyǝm" deyə kansler əlavə edib.

Merkel, Türkiyǝnin İŞİD terror tǝşkilatı ilǝ mübarizǝdǝ fǝal olaraq iştirak etmǝsindǝn mǝmnuniyyǝt duyduğunu da qeyd edib.

8
Teqlər:
yeni mühacir axını, Suriyalı qaçqınlar, Suriyalı qaçqın, Almaniya kansleri, Merkel, Angela Merkel, Türkiyə