Misirdə böyük təbii qaz yatağı aşkarlanıb

8
(Yenilənib 16:32 31.08.2015)
Təbii qazın Misirin daxili enerji tələbini qarşılamaq üçün istifadəsi nəzərdə tutulur və ölkənin bu sahədə xaricdən asılılığının xeyli azalması gözlənilir.

BAKI, 31 avq – Sputnik. Misirdə Aralıq dənizinin bu zamana qədərki ən böyük təbii qaz yatağı aşkarlanıb. İtaliya enerji firması tərəfindən təsbit edilən 100 kvadrat kilometrlik sahədə, 850 milyard kub metrlik təbii qaz ehtiyatı tapılıb. 

Şuruk bölgəsində olan təbii qaz ehtiyatı, qurudan 190 kilometr uzaqda və min 450 metr dərinlikdə yerləşir. 

Təbii qazın Misirin daxili enerji tələbini qarşılamaq üçün istifadəsi nəzərdə tutulur və ölkənin bu sahədə xaricdən asılılığının xeyli azalması gözlənilir. 

Mart ayında İngiltərənin enerji nəhəngi olan BP şirkəti də Misirdə təbii qaz axtarmaq üçün 12 milyard dollarlıq investisiya yatıracağını açıqlamışdı.

8
Teqlər:
qaz ehtiyatı, Misirdə qaz yatağı, təbii qaz yatağı, qaz, Qaz yatağı, BP şirkəti, Şuruk bölgəsi, Misir
Artak Davtyan, arxiv şəkli

Azərbaycanın hərbi təlimlərini diqqətlə izləmişik Ermənistanın Baş Qərargah rəisi

4
(Yenilənib 15:49 04.06.2020)
Mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb

BAKI, 4 iyun — Sputnik. Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimlərini diqqətlə izləyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

"Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimləri diqqətlə izləyib və lazımı nəticələri çıxardıb", - deyə Davtyan bildirib.

Ermənistanın Baş Qərargah rəisi eyni zamanda Naxçıvan istiqamətində atəşkəsin pozulması hallarının artdığını da dilə gətirib.

Qeyd edək ki, mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə, başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

4
Əlaqədar
Müdafiə naziri: “Bu dəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq”
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
Zakir Həsənov cəbhə bölgəsinə gedib
Ordumuzun Naxçıvan təlimi başa çatdı - VİDEO
Rusiyada təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Rusiyada dəhşətli mərəzə yoluxanların tən yarısı sağaldı

9
(Yenilənib 13:27 04.06.2020)
Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb

BAKI, 4 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8831 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 169 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 441108-ə çatıb. Rusiyada pandemiya yayılandan 5384 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,5 milyonu keçib, 386 mindən çox adam isə virus səbəbilə ölüb.

9
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Rusiya ilə Türkiyə yenə bir mübarizədə: ancaq bu dəfə qan tökməyəcəklər
“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır
Bu sayğac öz-özünə "qırılan" deyil: artıq 6,5 milyona "dözüb"
Bakı küçələrində dilənçi

Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO

2
(Yenilənib 16:14 04.06.2020)
Dilənçi qadın pulu ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Bir müddət əvvəl Yevlax rayonunda qaraçıların yaşadığı ərazi koronavirus pandemiyasına görə karantin bölgəsi elan edildi. Əraziyə giriş-çıxış bağlandı. Hətta Sputnik Azərbaycan bölgədən reportaj hazırlamaq istəsə belə, buna imkan verilmədi.

Ancaq bu gün paytaxtın küçələrində kifayət qədər qaraçı-dilənçilər var. İşıqforda avtomobili saxlamağını görürsən ki, müxtəlif yaşlarda olan dilənçilər yaxınlaşıb, yardım etməyini istəyirlər.

Əgər əvvəllər bu işi daha çox uşaqlar görürdüsə, indi yaşlı qadınlar, gənc qızlar da dilənçiliklə məşğul olurlar.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçilər

Məsələn, elə özünü "Sevda" deyə təqdim edən qız. Öz dillərində danışırdılar, danışdıqlarını tam anlamasam da, iki bacı Mətbuat prospektində avtomobillərin qarşısını kəsib pul istəyirdi.

Bacılar Yevlaxdan gəldiklərini dedilər. Sevdanın 16, bacısı Nigarın isə 12 yaşı var. Bakıda "İnşaatçılar" metrosu yaxınlığında anaları ilə kirayə yaşayırlar.

"Yevlaxda yaşayırdıq. İndi burada yaşayırıq", - deyən Sevda dilənməkdən utanmadığını bildirir.

Nigar isə bunu artıq iş kimi qəbul edib.

"Pulun yoxdursa, yemək ver, ətir ver, nə varsa ver. Acam, su da istəyirəm. Maşında nə var?" - deyə Nigar qapını açıb içəri girmək istəyir.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçi

İşıqforun yaşıl işığı ilə yol açılır, Sevda və Nigar hərəsi yolun bir tərəfinə keçib yenidən qırmızı işığın yanmasını gözləyirlər.

Oxşar mənzərə Tbilisi prospektində də yaşanır. Burada işıqforun yanında yaşlı bir qadın durub, qırmızı işıq yanan kimi avtomobillərə yaxınlaşıb, çörək pulu istəyir.

Pulu isə ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək.

Nə qədər acınacaqlı olsa da, bu gün paytaxt küçələrində, metroların çıxışında, hətta yaşayış məntəqələrində gəzib dilənən yüzlərlə dilənçi və qaraçı var.

Cəfərova Ceyran əslən Ağdaşdandır. 48 yaşı var. Ancaq üzünə baxanda 60 yaş vermək olur. Sağlamlıq problemləri olan Ceyran dilənərək özünü saxlayır. Hazırda Binə qəsəbəsində kirayə yaşayır.

© Sputnik / Irade JELIL
Bakı küçələrində dilənçi

Nur isə Zağulbada yaşayır. Əslən Ağsudan olan Nur ailəsi ilə Bakıya köçür. Bir müddət sonra həyat yoldaşı onu qoyub gedir. Körpəsi ilə tək qalan qadın uşaq qucağında dilənməyə başlayır.

Xatırladaq ki, ötən il keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.

Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

2
Əlaqədar
Ağ günlərdə qara həyat yaşayanlar – Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir?
Karantin əleyhinə mübarizənin Yevlax üsulu - FOTOLAR
Bakıda dilənçilər afrikalı futbolçunu soyublar
Yevlax "böhranı" cızıqdan çıxır: polisə xəsarət yetirdilər
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb