Beyzbol meydançası 2

Azarkeş tribunadan yıxılıb ölüb

39
(Yenilənib 20:45 30.08.2015)
Amerika Beyzbol Liqası çərçivəsində "Atlanta Breyvz" və "Nyu-York Yankis" aralarında keçirilən oyun zamanı azarkeş tribunadan yıxılaraq ölüb.

BAKI, 30 avq-Sputnik. Amerika Beyzbol Liqası çərçivəsində "Atlanta Breyvz" və "Nyu-York Yankis" aralarında keçirilən oyun zamanı azarkeş tribunadan yıxılaraq ölüb. Sputnik xəbər verir ki, şahidlərin dediyinə görə, azarkeş "Yankis" komandasının oyunçusu Aleks Rodrigesə qışqırarkən tribunanın üst hissəsindən yıxılaraq həyatını itirib. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində tribunanın alt hissəsində oturanlardan xəsarət alan olmayıb.

39
Teqlər:
Beyzbol Liqası, Nyu-York Yankis, Atlanta Breyvz, Nyu-York Yankis, Atlanta Breyvz, Aleks Rodriges, Amerika
AŞPA

Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

2
(Yenilənib 14:35 16.04.2021)
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

BAKI, 16 aprel — Sputnik. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporalar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

2
Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinlə

Lukaşenko Putinlə görüşəcəyini açıqladı: gündəmdə Qarabağ məsələsi var

7
(Yenilənib 14:40 16.04.2021)
Belarus Prezidenti Azərbaycana səfərindən sonra Putinlə telefon danışığında Qarabağ məsələsini müzakirə etmişdi.

BAKI, 16 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşmək niyyətindədir. İlkin məlumata görə, görüşün aprelin 22-də baş tutacağı gözlənilir. Bu barədə Belarus mətbuatı məlumat yayıb.

Sputnik Azərbaycan bildirir ki, Lukaşenko öz planlarını Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə açıqlayıb.

"Biz dünən Putinlə bir sıra məsələlərlə bağlı iş qrafikimiz haqqında danışdıq. Təxminən aprelin sonlarına doğru, çox güman ki, 22-də prezidentlə Moskvada görüşəcəyik", – deyə Lukaşenko dəqiqləşdirib.

Qeyd edək ki, Belarus Prezidenti Azərbaycana səfərindən sonra Putinlə telefon danışığında Qarabağ məsələsini müzakirə etmişdi. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, prezidentlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

7
Teqlər:
görüş, Vladimir Putin, Aleksandr Lukaşenko