BAKI, 28 avq – Sputnik. Hollivudun məşhur uşaq ulduzu Şarli Templinin paltarları hərraca çıxarılır.
Keçən əsrin 30-cu illərində kiçik bir uşaqkən unudulmaz filmlərdə oynayan Şarli Templinin (Shirley Temple) rollarında geyindiyi paltarları və filmlərlə bağlı bəzi orjinal ssenari mətnləri internet üzərindən satılacaq.
Dünyanın dörd bir yanından Templi pərəstişkarlarını görüşdürən hərracdan ən az 1 milyon dollarlıq gəlir əldə edilməsi gözlənilir.
Şarli Templi 1935-ci ildə hələ 6 yaşındaykən Oskara layiq görülüb.
Oskar alan “Ən kiçik aktrisa” adını alan ilk və bu günə qədər son aktyor olub.
1951-ci ildə 21 yaşında kino dünyasından təqaüdə çıxıb, karyerinə diplomat kimi davam edib. Templi 2014-cü ilin fevral ayında San Fransiskoda dünyasını dəyişib.
BAKI, 8 mart - Sputnik. Dünyanın ən varlı adamı hesab edilən Amazon şirkətinin rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skott Siettldən olan təbiət fənni müəlliminə ərə gedib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal yazır.
Bir müddət əvvəl M.Skott 1,7 milyard dolları xeyriyyəyə xərclədiyini Medium platformasındakı bloqundan bəyan eləmişdi. Elə həmin yazıda da soyadını dəyişdiyini bildirmişdi. Dekabrda qadın yazırdı ki, Bezosdan ayrılandan sonra öz varidatından 4 milyard dollar xərcləyib.
Skottun yeni əri Den Cuett isə uzun illər müəllim işlədiyini, indi isə "xoşbəxt təsadüf nəticəsində ən xeyirxah və comərd insanla ailə qurduğunu" bildirib. Onun bu sözləri Giving Pledge beynəlxalq xeriyyə şirkətinin saytında sitat gətirilir. O qeyd edib ki, başqalarına yardım etmək məqsədilə xanımı ilə birgə nəhəng pullar sərf etməyə hazırdır.
Amazon-un nümayəndəsi isə Ceff Bezosun keçmiş xanımı və onun yeni ərinə görə xoşbəxt olduğunu, üstəlik, Cuetti "yaxşı oğlan" hesab etdiyini söyləyib.
Ötən ilin sentyabrında dünya KİV-ləri yazırdı ki, Makkenzi Skott dünyanın ən varlı qadınına çevrilib.
BAKI, 8 mart - Sputnik. Rusiyanın S-400 zenit-raket sisteminin tətbiqi məsələsində ABŞ-ın Türkiyəyə təzyiq etmək cəhdləri əks nəticələr verə bilər. Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə müsahibəsində deyib.
"Əgər başqa bir ölkə bizə maksimalist mövqeyindən "ya biz deyən olacaq, ya da olmayacaq" deyə tələb qoyarsa, bu bizi başqa istiqamətlərə yönəldər", - Kalın deyib.
Ərdoğanın sözçüsü amerikalı partnyorları Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamağa çağırıb.
Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.
2020-ci ilin dekabrında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.
BAKI, 8 mart - Sputnik. Azərbaycan ərazisində martın 9-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Qeyd edək ki, martın 9-u həm də Yel çərşənbəsinə tasadüf edir.