Avstriya polisi havasızlıqdan boğulmuş 50 miqrantın meyitini tapıb

39
(Yenilənib 17:35 27.08.2015)
Qanunsuz miqrantları daşıyan sürücü onların şikayətlərinə məhəl qoymayaraq maşını Serbiya sərhəddindən Avstriyaya kimi fasiləsiz sürüb.

BAKI, 27 avq – Sputnik. Avstriya polisi 50 miqrantın meyidi olan yük maşını aşkarlayıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, miqrantların ölümünə səbəb kimi havasızlıqdan boğulma göstərilir. Xəbəri Avstriyanın “Krone” qəzeti yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları 3 nəfər qeyri-qanuni miqrant daşıyıcısını saxlayıb. Onlardan biri avtofurqonda Avstriyanın Bruk-an-der-Lyayte rayonunun sərhəddindən 34 qaçqını daşıdığını etiraf edib.

Yük maşınında havasızlıqdan əziyyət çəkənlərin şikayətinə məhəl qoymayan sürücü Serbiya sərhədindən Avstriyaya kimi fasiləsiz sürüb.

39
Teqlər:
Avropada qaçqın miqrantlar, Avropada qaçqın miqrant, Avropada qaçqın, Avropada miqrantlar, Avropada miqrant, Miqrantlar Avropada, miqrant, Miqrantlar
Mövzu:
Avropada mühacir böhranı (13)