Çay pulu

Ən çox çay pulu hansı ölkədə verilir?

111
(Yenilənib 12:23 26.08.2015)
Britaniyanın “Direct Line” sığorta şirkəti ən səxavətli və ən xəsis xalqların adını açıqlayıb.

BAKI, 26 avq – Sputnik. Britaniyanın “Direct Line” sığorta şirkəti dünyanın ən məşhur şəhərlərində — Paris, Las-Veqas, Barselona, San-Paulo və İbisada araşdırmalar aparıb. 

Sorğu nəticələrinə görə, çay pulunda ("çayovoy") ən çox xəsislik edənlər fransızlar olub. Onlar çay pulu kimi ümumi hesabın sadəcə 5 faizini ofisianta verirlər. Halbuki dünya üzrə bu göstərici 11 faiz qəbul olunur. 

Britaniyalılar da xəsislikdə fransızlardan geri qalmırlar. Çekdəki ümumi hesabın cəmi 7 faizi qulluq edənə ödənilir. Üçüncü yerdə isə italyanlardır.

Amerikalılar isə bu cəhətdən çox səxavətlidirlər. Onlar adətən çay puluna ümumi məbləğin 13 faizini qoyurlar. Səxavətlilikdə ikinci yerdə almanlar, üçüncü yerdə isə ruslar qərarlaşıb.

Tədqiqatçılar bildirirlər ki, son vaxtlar ümumiyyətlə çay pulu qoyanların sayı kəskin azalıb. 

111
Teqlər:
çayovoy, çay pulu, ən çox çay pulu verən ölkələr, ən çox çay pulu verən ölkə