Duran Kalkan

PKK lideri: Sərhədi qoruyan əsgərlərə atəş açılmayacaq

102
(Yenilənib 15:34 25.08.2015)
Duran Kalkan: Ancaq bizə atəş açanlarla döyüşməliyik.

BAKI, 25 avq – Sputnik. “Döyüşçülərimizə əmr verdik ki, sərhəddə duran əsgərlərə atəş açmasınlar. Ancaq bizə qarşı vuruşan əsgər və polislər hədəf seçilsin”. Bunu PKK terror təşkilatının icra komitəsinin əsas üzvlərindən olan Duran Kalkan deyib. Onun sözlərinə görə, bu əmri pozan istənilən PKK-çı cəzalandırılacaq. 

“Sərhəd bölgələrində vətəni qorumaqla məşğul olan əsgərlərə atəş açmamaq barədə döyüşçülərə əmr verdik. Bu əmr pozularsa səbəbkarlar layiqli cəzalarını alacaqlar. Biz ancaq bizə silah sıxanlarla döyüşməliyik”, deyə Duran Kalkan əlavə edib.

Türk ailələrə də səslənən Kalkan, onları öz övladlarını hərbiyə göndərməməyə çağırıb. 

Son bir aydır Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparır. Mindən çox terrorçunun məhv edildiyi bildirilir. 

102
Teqlər:
PKK lideri, Türkiyə Silahlı Qüvvələri, PKK terror təşkilatı, PKK, Duran Kalkan, Türkiyə
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

7
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

7